Rusiya Xersonda müdafiə mövqelərini gücləndirir

09:54 - 23 İyun 2022 - GÜNDƏM

 Rusiya Xersonda müdafiə mövqelərini gücləndirir

Rusiya qoşunları Xerson vilayətindəki müdafiə mövqelərini gücləndirir.

Buta.ws xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

“Yujnobuqski istiqamətində işğalçılar əsas səylərini qoşunlarımızın Xerson və Nikolayev vilayətlərində əks-hücum əməliyyatları keçirməsinin qarşısını almağa yönəldirlər. Nikolayev istiqamətində düşmən müəyyən ərazilərdə artilleriya bölmələrini yerləşdirib. Gələcəkdə Xerson vilayətinin inzibati sərhədlərinə çatmaq üçün Kiselevka-Posad-Pokrovskoye və Aleksandrovka-Luparevoye istiqamətlərində hücum əməliyyatları keçirmək cəhdləri istisna edilmir”, - məlumatda deyilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol