ABŞ-da helikopter qəzaya uğradı: 6 ölü

09:34 - 23 İyun 2022 - GÜNDƏM

 ABŞ-da helikopter qəzaya uğradı: 6 ölü

ABŞ-da şəxsi “Bell UH-1B” helikopteri qəzaya uğrayıb.

Buta.ws xəbər verir ki, qəza Qərbi Virciniya ştatının Loqan qraflığında baş verib.

Hadisə zamanı təyyarənin göyərtəsində olan 6 nəfərin hamısı həlak olub.

Bildirilir ki, helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidmətləri hadisə yerinə əraziyə cəlb edilib, magistral yol bağlanıb.

Qəzanın başvermə səbəbi isə hələlik bəlli deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol