Rus ordusunun qarşısında 3 məqsəd var - Musienko

08:02 - 23 İyun 2022 - GÜNDƏM

 Rus ordusunun qarşısında 3 məqsəd var - Musienko

Rusiya ordusunun Donbasdakı hərəkətləri sübut edir ki, indi onların qarşısında üç məqsəd var.

Buta.ws xəbər verir ki, bu açıqlama ilə Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib.

Ekspert düşmənin məqsədlərini belə sıralayıb:

“Severodonetskin tam ələ keçirilməsi;

Lisiçanska yaxınlaşmaq, ehtimal ki, cənubdan;

Popasnayadan hərəkət və Lisiçansk-Baxmut magistral yoluna nəzarət etmək cəhdi. Həmçinin, düşmən şərqdə daha bir qoşun qrupu ilə birləşmək niyyətindədir.

İndi təxminən belə bir vəziyyət var. Çox çətindir, çünki qüvvələrimiz düşmənin şiddətli təzyiqi altındadır. Amma mübarizə davam edir və döyüşlər gedir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol