Əmir ölkə parlamentini buraxdı

23:06 - 22 İyun 2022 - GÜNDƏM

 Əmir ölkə parlamentini buraxdı

Küveyt əmri Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkə parlamentini buraxıb.

Buta.ws xəbər verir ki, bu barədə danışan vəliəhd şahzadə Şeyx Məşal əl-Əhməd əs-Sabah Küveyt parlamentinin buraxıldığını və konstitusiya qaydalarına uyğun olaraq ümumi seçkilər keçiriləcəyini bildirib.

Vəliəhd şahzadə Küveyt Milli Assambleyası ilə icra hakimiyyəti arasında fikir ayrılığının da aradan qaldırılmasını ölkənin inkişafı naminə mühüm amil adlandırıb. Bəzi məmurları da tənqid edən Şeyx Məşal qeyd edib ki, parlamentlə hökumət arasında nifaq Küveytdə milli həmrəyliyə zərər verir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol