Putinin “nüvə çamadanı”nı daşıyan şəxs başından vuruldu

22:30 - 22 İyun 2022 - KRİMİNAL

 Putinin “nüvə çamadanı”nı daşıyan şəxs başından vuruldu

Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi olan və “nüvə çamadanı”nı daşıyan FSB polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Buta.ws xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

“Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində qan içərisində olub. Onun yanında “İj 79-9TM” markalı travmatik tapança aşkar edilib. FSB zabitini qardaşı tapıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol