Əliyevlə razılaşdıq ki, heç olmasa üç aydan bir... - Mirziyayev

22:02 - 22 İyun 2022 - GÜNDƏM

 Əliyevlə razılaşdıq ki, heç olmasa üç aydan bir... - Mirziyayev

İqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir.

Buta.ws xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə təşkil etdiyi qəbulda deyib.

"Biz ilk gündən qardaşım İlham Heydər oğlu ilə xeyli məsələləri reallaşdırmaq, birliyimiz, həmrəyliyimiz, ən əsası dinc yaşayışımız, firavanlığımızla bağlı çox fikir mübadiləsi apardıq və qərarlar qəbul etdik. Gələcək əməkdaşlığımızla bağlı böyük planları müzakirə etdik. Mən bir məsələni sizlərə bildirmək istəyirəm ki, iqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir. Düşünürəm ki, bizləri birləşdirən möhkəm vasitə mədəniyyətdir. Biz razılaşdıq ki, heç olmasa, üç aydan bir qarşılıqlı səfərlər reallaşdıraq, gediş-gəlişi artıraraq, mədəni birliyimizi yeni müstəviyə qaldıraq.

Cari ilin noyabrında Səmərqənd şəhərində keçiriləcək görüşümüz zamanı orkestrimizin iştirakı ilə muğam və makom sənətinə dair Füzuli, Nəvai şeirləri əsasında birgə konsert təşkil etmək necə də gözəl olar. Düşünürəm ki, Siz buna bir ay hazırlaşsanız, nə qədər yüksək nəticə əldə edə bilərsiniz. Heç bir niyyətimiz, amalımız mədəniyyətsiz, mədəniyyətlə təmasda olmadan reallaşa bilməz.

Özbəkistanın paytaxtı Daşkənd öz yerində, Xivədə, Xarəzm vilayətində, uzaq bir diyarımızda qardaşım üçün bu konserti hazırlayan orkestrimizə minnətdarlığımı bildirirəm. Mədəniyyət nazirimiz bu orkestri təşkil etdi və mən bunun üçün onun xidmətini qiymətləndirirəm", - Ş.Mirziyayev vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol