Qafqaz İslam Ordusuna abidə ucaldıldı - Foto

21:36 - 22 İyun 2022 - GÜNDƏM

 Qafqaz İslam Ordusuna abidə ucaldıldı - Foto

Gəncədə Qafqaz İslam Ordusunun bu şəhərdəki ilk şəhidlərinin xatirəsinə abidə ucaldılıb.

Buta.ws xəbər verir ki, bu barədə Türkiyənin Gəncədəki Baş konsulluğu məlumat yayıb.

İyunun 26-da - Azərbaycan Silahlı Qüvvələr Günündə abidənin açılışı olacaq.

Xatırladaq ki, abidənin təməlqoyma mərasimi ötən ayın 12-də baş tutub.

Qeyd edək ki, Qafqaz İslam Ordusu əsasən Anadolu və Azərbaycan türklərindən ibarət olan hərbi birləşmə olub. Bu ordu Azərbaycan Cümhuriyyəti və Osmanlı İmperiyası arasında imzalanan dostluq haqqında razılaşmaya əsasən Azərbaycanda asayiş və təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol