Kiyev istəyirdi ki, Gürcüstanda ikinci cəbhə açılsın - Qaribaşvili

21:24 - 22 İyun 2022 - GÜNDƏM

 Kiyev istəyirdi ki, Gürcüstanda ikinci cəbhə açılsın - Qaribaşvili

Ukrayna Təhlükəsizlik Şurasının katibi açıq bəyanatla çıxış edərək bildirib ki, onlar Gürcüstanda ikinci cəbhə yaratmaq istəyirlər.

Buta.ws xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Baş naziri İrakli Qaribaşvili çıxış edib.

Onun sözlərinə görə, onlar həmçinin Gürcüstan qarşısına iki tələb də qoyublar:

“Vahid Milli Hərəkatın dostları Araxamiya və Ukrayna Təhlükəsizlik Şurasının katibi Danilov açıq bəyanatla çıxış edərək hamıya açıq şəkildə etiraf etdilər ki, onlar Gürcüstanda ikinci cəbhənin yaradılmasını istəyirlər, yəni ki, təkcə ukraynalı qadınlar və uşaqlar ölməməlidir. Bütün bunlardan sonra onların tələblərini yaxşı xatırlayırıq - onlar tələb edirdilər ki, öz xalqımıza qarşı iqtisadi sanksiyalar tətbiq edək, ikincisi, hökumətdən çarter reyslərlə özlərinin muzdlu, yəni könüllü döyüşçülərini Ukraynaya göndərək. Bunların tələblərini hərkəs bilməlidir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol