Bu gün yeni Özbəkistanı kəşf etdim - Prezident

21:16 - 22 İyun 2022 - GÜNDƏM

 Bu gün yeni Özbəkistanı kəşf etdim - Prezident

Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq.

Buta.ws xəbər verir ki, bunu Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şövkət Mirziyayev tərəfindən təşkil edilən qəbulda deyib.

"Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz Türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz.

Şövkət Miromonoviçlə bu masa arxasında söhbət əsnasında o, hər bir ifaçının adını bilirdi. Bilirdi harada oxuyub, bu, Bakıda oxuyub, o orada oxuyub, bu, mədəniyyət naziridir, o orada. Bu, onu göstərir ki, Prezident hər bir sənət adamının məsələləri ilə şəxsən məşğul olur. Onun sizə olan sevgisi özbək xalqına olan sevgisidir.

Bu gün yeni Özbəkistanı mən özüm üçün kəşf etdim. Yeni Özbəkistan qardaşımın simasında, sizin simanızda çiçəklənir. Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız - özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq", - dövlət başçısı qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol