Azərbaycan Avropaya məsləhət verir - Seyidov

20:42 - 22 İyun 2022 - GÜNDƏM

 Azərbaycan Avropaya məsləhət verir - Seyidov

AŞPA-da Avropada ən gərgin problemlərdən olan antisemitizm məsələsi müzakirə olundu. Bu gün tolerantlıq mühitinə görə Azərbaycan bütün ölkələrə nümunədir. Buna görə də heç də təsadüfi deyil ki, Azərbaycan nümayəndə heyətinin üzvlərinin əksəriyyəti müzakirələrə qoşularaq çıxış etdi. Nümayəndə heyətimizin üzvləri ölkədəki proseslərdən, millətlərarası münasibətlərdən, dinlərarası əlaqələrdən, multikulturalizmdən, Prezident İlham Əliyevin apardığı siyasətdən, Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələrdən Avropaya məlumatlar verdilər.

Buta.ws xəbər verir ki, bunu AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov Azərtac-a müsahibəsində söyləyib.

“Bu məsələyə düzgün yanaşan, münasibət göstərən Azərbaycan fəaliyyəti ilə sübut etdi ki, ermənilərin dini, millətlərarası məsələlərlə bağlı Azərbaycana qarşı yürütdükləri iddialar tamamilə böhtan xarakterlidir. Azərbaycanda xüsusi harmoniya mövcuddur. Bütün etnik qruplara, dinlərə hörmətlə yanaşılır”, - S.Seyidov vurğulayıb.

O qeyd edib ki, bu gün Azərbaycan Avropa problemlərinin həllinə töhfələrini verir:

" Azərbaycan elə bir reallıq yaradıb ki, o, artıq Avropada gedən prosesləri təhlil edir və ona məsləhətlər verir. Bu, ölkəmizin böyük nailiyyətidir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol