Əgər ABŞ bu təyyarəmizi buraxmasa... - Rusiya XİN

20:18 - 22 İyun 2022 - GÜNDƏM

 Əgər ABŞ bu təyyarəmizi buraxmasa... - Rusiya XİN

ABŞ Rusiyanın xüsusi təyyarəsinin ölkə ərazisinə buraxılmasına icazə verməkdən imtina edərsə, Moskva diplomatik kanallar vasitəsilə xəbərdar edərək cavab tədbirləri görəcək.

Buta.ws xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Amerika hakimiyyətinin bu cür itaətkar davranışı cavabsız qalmayacaq. Əvvəllər xəbərdar etdiyimiz kimi, Rusiya xüsusi təyyarəsini qəbul etməkdən imtina edildiyi təqdirdə, qarşıdurma tədbirləri qaçılmaz olacaq”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, daha öncə ABŞ xarici agentliklərin əməkdaşlarını və onların ailə üzvlərini təxliyə etmək üçün Rusiya dövlət aviasiyasının xüsusi reysinin gəlməsinə icazə verməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol