Saakaşvili dövründə insanlara həbsxanalarda işgəncə verilib?

20:00 - 22 İyun 2022 - GÜNDƏM

 Saakaşvili dövründə insanlara həbsxanalarda işgəncə verilib?

Nə cürətlə bizə insan haqlarından danışırsınız?! Saakaşvilinin manyak, qatil, zalım sistemi tərəfindən 300 min insan mühakimə olunub.

Buta.ws xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, əvvəlki hakimiyyətin dövründə həbsxanalarda insanlara işgəncə verilirdi, öldürülürdü, süpürgə və dəyənəklə zorlanırdı:

"2012-ci ilin 1 oktyabr tarixinədək Gürcüstanda nə azad media, nə də azad məhkəmə var idi, hər gün vətəndaşlarımıza işgəncələr verən, qətlə yetirən bir manyak və onun cinayətkar komandası diktatura və avtoritar rejimi günü-gündən qanuniləşdirirdi. Bu adamlar hansı insan haqlarından danışır, ümumiyyətlə, hansı əxlaqa sahibsiniz, insan haqlarını bizə xatırlatmağa necə cürət edirsiniz?! 300 min insan Saakaşvilinin manyak, qatil, zalım sistemi tərəfindən mühakimə olunub. Həbsxanalarda insanlara işgəncə verilirdi, öldürülürdü, süpürgə və dəyənəklə zorlanırdı, insanların təhlükəsizlik hissi yox idi, minlərlə iş Strasburq məhkəməsinə göndərilmişdi".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol