Hazırda Bakıda bu marşrutlar sıxlıqda qalıb

18:58 - 22 İyun 2022 - GÜNDƏM

 Hazırda Bakıda bu marşrutlar sıxlıqda qalıb

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələrə səbəb olmaqdadır. Vahid Dispetçer Xidmətinin axşam pik saatlarına olan məlumatına əsasən, şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 20 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 40-dan artıq müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalından 10-15 dəqiqə və daha artıq gecikmələr yaranıb.

Bu barədə Buta.ws-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, intervallardakı gecikmələr dayanacaq məntəqələrində sərnişinlərin uzunmüddətli sərnişin sıxlıqlarının yaranmasına səbəb olmaqdadır.

O cümlədən, Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətindəki sıxlıq səbəbdən də həmin ərazidən keçən 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol