Bu gecə Xaçmazın Nabran İnzibati Ərazi Dairəsinə daxil olan Tel kəndində baş verən hadisə zamanı dünyasını dəyişən 2009-cu il təvəllüdlü yeniyetmə Bakı məktəblisi olub. Mərhum məktəbli Bakının Yasamal rayonundakı 53 saylı tam orta məktəbin şagirdi olub.
BUTA.TV Bizim.media-ya istinadən xəbər verir ki, qətl hadisəsini törədən 34 yaşlı Bakı şəhər sakini Səhram Manafzadə hər il yay aylarında qayınatası burada yaşadığına görə Tel kəndinə gəlib burada dincəlirmiş. Onun mübahisə etdiyi şəxs - Nurlan Məmmədrəhimov rayonun Köhnə Xudat kəndindən olsa da, Bakıda yaşayırmış.
Zərərçəkənlə hadisəni törədən şəxs arasında bir müddətdir mübahisə olub. Ötən gün gecə saatlarında Səhram Manafzadə ilə Nurlan Məmmədrəhimov arasında telefon danışığı olub. Telefon danışığında Səhram Manafzadə Nurlan Məmmədrəhimovu Tel kəndinə çağırıb. Məlum qətl hadisəsi də onların mübahisəsi zamanı baş verib. Hadisə zamanı hər iki şəxs sərxoş olub. Atasının Səhram Manafzadə ilə davasını görən məktəbli avtomobildən düşərək onları ayırmaq istəyib. Bu zaman atanı bıçaqlayan Səhram Manafzadə onun oğluna da ürək nahiyəsindən bir bıçaq zərbəsi endirib. Məktəbli dərhal keçinib. Ata - Nurlan Məmmədrəhimov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəni törədən Səhram Manafzadə hadisə yerindən yayınsa da, Xaçmaz polisi onu Nabranda yaxalayıb istintaqa təhvil verib.
Faktla bağlı cinayət işi açılıb və Xaçmaz rayon prokurorluğu tərəfindən araşdırılır.
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!