Milliyyətinin türk, yaxud fars olması… - Pezeşkian

12:52 - 17 Avqust 2024 - GÜNDƏM

 Milliyyətinin türk, yaxud fars olması… - Pezeşkian

İran parlamentinə təqdim etdiyim kabinet beynəlxalq birlik hökumətidir. Bu hökumət xalqın haqlarını qoruyacaq.

BUTA.TV xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian parlamentdə Nazirlər Kabinetinin tərkibini müdafiə üçün etdiyi çıxışında deyib.

O, çıxışı zamanı xalqın dəyişiklik istədiyinə diqqət çəkib:

“Bu gün millətin bütün fərdlərinin səsini, dönüş və dəyişiklik istəklərini duymaq vaxtıdır. Ölkə ağır şərtlər altındadır, xalq isə iqtisadi cəhətdən çətin durumdadır. İqtisadi, sosial, ətraf mühit, təlim və kültür sahələrində ədalətsizlik və uyğunsuzluq hər şeyə təsir edir. Hökumətin vəzifəsi adil davranmaq, yəni xalqı məmnun etməkdir. Bu, bütün qəlbimizlə inandığımız prinsipimizdir. Dindar olub-olmadığı, milliyyətinin türk, fars, ərəb olması heç önəmli deyil. Bütün mübarizə ədalətlə əlaqədardır. Keçmişdəki üsullarla problemi həll etmək mümkün deyil. Niyyətimiz xalqın bizdən razı qalmasıdır, hazırda isə belə deyil. İnsanların narazı olması Allaha savaş açmaq deməkdie. Bu, bizim qüsurumuzdur, ABŞ-ın, yaxud əcnəbilərin deyil”.

ABŞ sanksiyalarının İrana vurduğu ziyana da toxunan Pezeşkian çıxış yolunun birləşmək olduğunu qeyd edib:

“Əlbir olsaq, bu təhdidləri aradan qaldıra bilərik. Bölgədə gərginlik və savaş var, qan tökülür. Qonşularımızla münasibətlərimiz zəifləyir, sosial sərmayəmiz azalır, daxili bütövlüyümüz zədələnib, hökumət millətin gözündə etibarsızlaşıb. Bu, bizim zəif yönlərimizdir”.

Pezeşkian həmçinin ölkədaxili problemlər, xüsusilə korrupsiya ilə mübarizəni gücləndirəcəyini bildirib:

“Biz millətə hökm etməyə yox, xidmət etməyə gəldik. Dövlət xidmət maşını olmalıdır”.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın parlamentə təqdim etdiyi Nazirlər Kabinetinin tərkibinin nəzərdən keçiriləcəyi açıq məclis iclasları 21 avqusta kimi davam edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol