Ukrayna silahlı qüvvələrinin son sutka ərzində Kurskda irəlilədiyi, yeni əraziləri ələ keçirildiyi iddia edilir. Diqqətçəkən məqam Kurskla Rusiyanın paytaxtı Moskva arasında məsafənin təxminən 500 km olmasıdır. Rusiya kimi böyük əraziyə malik bir ölkə üçün bu məsafə az hesab olunur və versiyalardan biri Kiyevin hücum hədəfinin məhz Moskva olmasıdır.
Maraqlıdır, Ukraynanın hədəfi Kurskdan Moskva istiqamətində hücum ola bilərmi? Ukrayna ordusu Rusiya paytaxtına yaxınlaşsa, Putin hansı addımı atacaq?
Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, Ukrayna Rusiyadan qisas almaq istəyir və imkanı olsa, paytaxt Moskvanı, digər strateji şəhərləri vura bilər:
“Lakin reallığı dərk etmək lazımdır ki, iki ölkə arasında güc balansı eyni deyil. Yəni Ukrayna istəsə də bunu edə bilməz. Moskva hədəf ola bilər. Söhbət dron hücumundan gedir. Amma Moskvaya quru yolu ilə hücum edib, ələ keçirmə kimi ssenarilər real görünmür.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Rusiya böyük ölkədir. Bu ölkəni sırf bu faktoruna görə işğal etmək mümkün deyil. Bunu Ukrayna da, Qərb də yaxşı anlayır. Amma bununla belə Kursk basqını kimi addımlar, habelə dronlarla hücumlar Kremlin müqavimətini qırmaq, psixoloji baxımdan sarsıtmağa hesablanıb”.
Politoloq qeyd edib ki, Ukraynanın hücum etdiyi Kursk Moskva istiqamətində yerləşsə də, əslində, hücumun səbəbi Kiyevin əlini gücləndirmək cəhdidir:
“Kiyev bu taktikadan istifadə edərək Moskvanı danışıqlar masasına oturdub, ərazi mübadiləsini müzakirə etmək istəyir. Kremlin necə bir addım atacağını, ya da Kiyevin təkliflərini qəbul edib-etməyəcəyini zaman göstərəcək. Amma unutmamalıyıq ki, bu, müharibədir və hər şey ola bilər. Yəni bir həftə öncə heç kəs Ukraynanın Kurska hücum edəcəyini gözləmirdi, amma bu baş verdi. Nəticə etibarilə yeni, gözlənilməz hadisələr cərəyan edə bilər”.
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi