Dünyada ən izdihamlı müsəlman dini toplantılarından olan Ərbəin ziyarətinin tədbirlərinin “Azərspeys-1” peyki üzərindən canlı yayımına başlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ərbəin ziyarəti zamanı hazırlanan proqram və tədbirlərin fars, ərəb, ingilis, türk və urdu dilində olan canlı yayımı “Azərspeys -1” peyki vasitəsilə 5-dən çox qlobal media qrupunun televiziya şəbəkəsinə ötürülür. Beləliklə, “Azərspeys -1” peyki sayəsində bu ziyarətin maraqlı anları Yaxın Şərq ölkələrinin 500 milyon əhalisinin təxminən 50% izləyicisinə çatdırılır.
Bu həftədən etibarən başlayan və avqustun sonuna kimi İraqın Kərbəla şəhərində keçirilən Ərbəin ziyarətində bu il təxminən 20 milyondan çox insanın iştirakı proqnozlaşdırılır.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi