Cəbrayıl rayonunda altı ay ərzində 208 min 790 kvadratmetr ərazi minaaxtaran itlərin köməyi ilə mina və partlamamış hərbi sursatlardan təmizlənib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Cəbrayıl ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanışlıq zamanı məlumat verilib.
Bildirilib ki, təmizləmə qrupu 313 min 528 kvadratmetr ərazinin 229 min 205 kvadratmetrini 133 günə təmizləyib. Bunun 20 min 415 kvadratmetri əllə, 208 min 790 kvadratmetri minaxtaran itlərin yardımı ilə icra olunub. Ümumilikdə piyada əleyhinə 127, tank əleyhinə 200 mina tapılıb, 23 parlamamış hərbi sursat aşkar olunub.
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi