Paşinyan Əliyevin dəvətini qəbul edərək, COP-29-da iştirak üçün Bakıya gedərsə, Azərbaycanın Minsk qrupunun ləğv edilməsi üçün birgə bəyanatın verilməsi ilə bağlı istəyini yerinə yetirəcək. Bakıya getməmişdən öncə bu haqda açıqlama verəcək.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Xaçik Qalstyan deyib. Qalstyan bildirib ki, Bakının sülh sazini imzalamaq üçün İrəvandan iki məsələnin tələb edildiyi artıq məlumdur:
“Bunlardan biri Ermənistan konstitusiyasının dəyişdirilməsi, digəri isə Minsk qrupunun buraxılması ilə bağlıdır. Ermənistan yaxın vaxtlarda Bakının Minsk qrupu ilə bağlı tələbini icra edəcək və bu formatın de-yure ləğvi haqda ərizə verəcək. Xarici İşlər Nazirliyinin son açıqlaması da bunu deməyə əsas verir. Paşinyan noyabrda keçiriləcək COP-29 tədbirində iştirak üçün Bakıya yola düşə bilər, ona qədər isə Əliyevin tələblərini icra edəcək”.
Erməni politoloq iddia edir ki, Paşinyan Əliyevin tələblərinə müqavimət göstərə bilmir.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
“Onlar “Zəngəzur dəhlizi"ndən danışırlar, həm də bu məsələni sülh sazişi mətnindən çıxarırlar. Bu, istədiklərini etmək üçün lazımdır. Ermənistan tərəfi də prosesin içindədir. İndiyə qədər azərbaycanlıların Sünikə (Zəngəzur-red) qayıdışı ilə bağlı heç bir rəsmi qadağa səslənməyib, bu o deməkdir ki, arxada razılaşmlar var”, - Qalstyan iddia edib.
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi
- Bulvarda Caz və Şərab Festivalı başlayır - Foto
- Bakıda yanğın olan məktəbdə qəfil yoxlama aparıldı