Rusiya Tiflisin bu sözündən yapışdı: Mişa edib!

13:04 - 15 Avqust 2024 - GÜNDƏM

 Rusiya Tiflisin bu sözündən yapışdı: Mişa edib!

Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin müavini Dmitri Polyanskinin 2008-ci il müharibəsi ilə bağlı sözləri diqqət çəkib.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Polyanski 2008-ci il müharibəsi ilə bağlı Gürcüstanın mövqeyini səsləndirib. O, xüsusilə hakim Gürcü Arzusu Partiyasının eks-prezident Mixail Saakaşvilinin müharibəni necə başlatması barədə dediklərindən sitat gətirib:

“Qərbli həmkarlarımızın Saakaşvilinin Cənubi Osetiyaya 2008-ci ildə aqressiyasını müzakirə etməklə bağlı manyak arzuları bizi çox təəccübləndirib. Gürcüstan hökumətinin də mövqeyi nəzərə alınaraq açılan faktlar bizə daha çox mazoxizmi xatırladır. Mən daha şərh verməyəcəm. Sadəcə sizə hakim Gürcü Arzusu Partiyasının İdarə Heyətinin bəyanatını oxuyacam”.

Bundan sonra Gürcü Arzusunun ötən gün yaydığı bəyanatdan Saakaşvilinin 2008-ci il müharibəsinin təqsirkarı olması ilə bağlı hissəsi oxunub:

“Gürcü ictimaiyyətinin böyük hissəsi Saakaşvilinin adekvatlığına şübhə edir. Fakt odur ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist fəaliyyətləri onun psixi balanssızlığının nəticəsi yox, xaricdən aldığı və yaxşı planlaşdırılmış xəyanətin nəticəsi idi”.

Polyanski deyib ki, qərbli diplomatlar tribunaya çıxıb danışanda bu bəyanatı yenidən yada salsınlar.

Qeyd edək ki, Gürcü Arzusu Saakaşviliyə qarşı geniş kampaniyaya başlayıb. Artıq bir neçə gündür, 2008-ci il müharibəsinin Gürcüstan tərəfindən başladılması fikri təbliğ olunur. Üstəlik, hakim partiya bu işdə Saakaşvilinin əlinin olduğunu deyir və ona qarşı məhkəmə prosesi başladacağını bildirir.

Saakaşvili isə bundan öncə dəfələrlə Gürcüstan müharibəsini Rusiyanın başlatdığını detallı izah edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol