Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trumpın Virciniyadakı seçki ofisinə oğru girib.
BUTA.TV xəbər verir ki, şübhəlinin nəsə oğurlayıb-oğurlamadığını araşdırdıqlarını bildirdilər. ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trumpın Virciniya ştatının Ashburn şəhərində yerləşən seçki ofisinə oğru girib. Rəsmilər oğurluq hadisəsinin Trumpın seçki kampaniyası tərəfindən icarəyə götürülən və eyni zamanda Virciniya 10-cu Bölgə Respublikaçı Komitəsinin mərkəzi kimi xidmət göstərən bir ofisdə baş verdiyini qeyd edərək, şübhəlinin nəsə oğurlayıb-oğurlamadığını araşdırdıqlarını bildiriblər.
Polis, təhlükəsizlik kamerası görüntülərində şübhəlinin ofisə zorla girdiyini və içəridə dolaşdığını müəyyən edib. Şübhəlinin qara rəngli geyimlər geyindiyi, papaq taxdığı və kürək çantası daşıdığı qeyd edilib. Loudoun Şerifi Mike Chapman verdiyi açıqlamada, "Hər hansı bir siyasi kampaniyanın və ya partiyanın ofisinə zorla daxil olunması nadir rast gəlinən bir vəziyyətdir. Şübhəlinin şəxsiyyətini müəyyən etməyə, hadisənin səbəbini araşdırmağa və nəyin oğurlandığını və ya arxada nəyin qoyulduğunu müəyyən etməyə qərarlıyıq" dedi.
Hadisə ilə bağlı istintaq davam edərkən, Trumpın seçki komandası hələlik hadisə ilə bağlı açıqlama verməyib.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək