Xəbər verdiyimiz kimi, iyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə a DİN-in Mətbuat Xidmətindən bildirilib. BUTA.TV Saatlıda baş vermiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatlarını əldə edib. Belə ki, dəhşətli hadisə ata ilə oğul arasında şəxsi münasibətlər zəmnində baş verib. Atasını qətlə yetirməkdə şübhəli bilinən Rabil Ağayevin narkoman olduğu bildirilir. O, atasını təxminən bir həftə öncə evdən qovubmuş və evə gələrsə, öldürəcəyini bildiribmiş.
Hadisənin baş verdiyi gün, yəni bu gün Ramiz Ağayev evə geri dönüb və günorta saatlarında həyətyanı sahələrində iribuynuzlu heyvanlarına su verirmiş. Elə bu zaman oğlu arxadan ona yaxınlaşaraq şüşə parçası ilə atasının boyun nahiyəsinə ölümcül zərbələr (başını kəsib) endirib.
Məlumatımıza görə, Rabil Ağayev polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobilə gülə-gülə minib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək