Ukrayna Kurskda neçə kəndi alıb? – Son məlumat

21:28 - 13 Avqust 2024 - GÜNDƏM

 Ukrayna Kurskda neçə kəndi alıb? – Son məlumat

Ukraynanın məlumatına görə, Kursk vilayətinin 44 yaşayış məntəqəsi (bölgənin təxminən 5%-i), Rusiya məlumatlarına görə isə 28 yaşayış məntəqəsi ələ keçirilib.

BUTA.TV xəbər verir ki, bu barədə “Bild” nəşrinin açıq məlumatların təhlili üzrə eksperti Yulian Röpke deyib.

Bildirilib ki, Ukraynanın ən böyük uğuru Sucanın ələ keçirilməsidir: bu, Ukrayna ordusunun işğal edə bildiyi ilk Rusiya şəhəridir:

“Şəhərdən 30 kilometr şimalda Ukrayna Silahlı Qüvvələri Korenevoya hücum edir və öz əhatələrini genişləndirməyə çalışır. Rusiya qüvvələrinin yaydığı kadrlarda rus PUA-larının kəndin cənub və şərqində Ukrayna bölmələrinə hücumu əks olunub.

Əgər Ukrayna bu məskunlaşmış əraziləri zəbt etməyə nail olsa, bu, Vladimir Putin üçün dəhşətli uğursuzluq olacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol