Vəfa Nağı 102-yə zəng etdi, Tənzilə Rüstəmxanlının posterlərini sökdürdü - FOTO

16:25 - 13 Avqust 2024 - CƏMİYYƏT

 Vəfa Nağı 102-yə zəng etdi, Tənzilə Rüstəmxanlının posterlərini sökdürdü - FOTO

70 saylı Neftçala seçki dairəsinin namizədləri arasında qalmaqal yaşanıb. 

BUTA.TV xəbər verir ki, sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar  seçkilərin namizədlərindən olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) rəqibi Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlının posterlərini Neftçalanın Həsənabad qəsəbəsindəki Mədəniyyət Evindən sökdürüb.

Vəfa Nağı bu barədə paylaşdığı görüntüləri belə şərh edib: “Təşviqat kampaniyası çərçivəsində Həsənabad qəsəbəsini gəzərkən Mədəniyyət Evinin binasına Tənzilə Rüstəmxanlının posterlərinin yapışdırıldığını gördük. Bununla bağlı 102-yə, DSK-ya şikayət etdim. Sonra “Tik Tok”dan canlı yayım açdım. Sonra Rüstəmxanlının posterlərini açdılar. Dövlət qurumunu təbliğat üçün istifadə edirdilər”. 

Xatırlatma: 70 saylı Neftçala seçki dairəsində "Neftçala üçün birlikdə!" şüarı ilə seçkilərə qoşulan Tənzilə Rüstəmxanlının ən güclü rəqibi Vəfa Nağıdır. O, "İndi VƏFA vaxtıdır!" şüarı ilə seçkilərdə qalib gələcəyinə əminlik nümayiş etdirir. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol