DİQQƏT! Bu sahəyə pul qoymaq yüksək qazanc gətirir 

16:19 - 13 Avqust 2024 - CƏMİYYƏT

 DİQQƏT! Bu sahəyə pul qoymaq yüksək qazanc gətirir 

Əmtəə bazarlarında qızılın qiyməti yüksəlməyə davam edir. Hazırda ilin əvvəlindən bəri, qızıl və digər bir sıra qiymətli metalların dəyəri artmaqdadır. Bu isə qızılı bir çox insan üçün sərfəli investisiya vasitəsinə çevirir. Son vaxtlar ölkəmizdə də qızıl alışına olan tələbat xeyli yüksəlib.  Bəs görəsən, yatırım üçün qızıl nə dərəcədə effektiv və zəmanətlidir? 

Mövzu ilə bağlı BUTA.TV-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, qızıla olduqca gəlirli investisiya vasitəsidir:

“Ümumən qızıl həmişə uzunmüddətli perspektivdə ən etibarlı və gəlirli investisiya vasitəsidir. Sadəcə, onu harada saxlamaq məsələsi var. Qızılı bankda saxlamaq təhlükəlidir, çünki bank sistemində problem olarsa, qoyulan qızıl bata bilər. Ona görə də, ən yaxşısı evdə saxlamaqdır. Qızıla daha çox maddi valyutası yüksək olan şəxslər yatırım edir. Daha az pul ehtiyatı olanlar üçün daşınmaz əmlak daha etibarlı yatırım vasitəsidir. Ən sadə dillə desək, onu gəlib oğurlamaq mümkün deyil”. 

Ekspert həmçinin insanların ən çox yatırım etdiyi daşınmaz əmlak sahəsi ilə bağlı bir sıra nüanslara toxunub: 

“Lakin daşınmaz əmlak alarkən diqqət edilməli bir sıra məqamlar da var. Sənədsiz ev almaq və ya çıxarışı olmayan torpağa pul qoymaq bizim ölkədə olduqca təhlükəlidir. Son günlər də görürük ki, intensiv formada sənədsiz evlər və ərazilər sökülür. Yəni daşınmaz əmlak sahəsində də başqa risklər var. Artıq daşınmaz əmlaka investisiya qoymaq istəyən şəxslər ölkədə deyil, xaricdə mülk almağa üstünlük verir. Bu çox vacib nüansdır. Prinsipcə ən təhlükəsiz yatırım növü bir neçə sahəyə investisiya qoymaqdır. Yəni həm qızıla, həm torpağa, həm də daşınmaz əmlaka. Maddi imkanı yüksək olan insanlar da məhz belə edir”. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol