Avqustun 12-də Almaniya, Böyük Britaniya və Fransanın İrana müraciət edərək, İsrailə qarşı davamlı hərbi hücum hədələrindən əl çəkməsi ilə bağlı çağırışlarına ABŞ və İtaliya da qoşulub.
BUTA.TV xəbər verir ki, bu barədə ölkələrin birgə bəyanatında qeyd olunub.
“Biz ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik. Gərginliyin azaldılması, atəşkəs və Qəzzada girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi istiqamətində davam edən səylərə tam dəstəyimizi ifadə etdik. Biz Prezident Bayden, Misir Prezidenti Sisi və Qətər Əmiri Təmimin mümkün qədər tez razılığa gəlmək məqsədi ilə danışıqları bu həftənin sonunda bərpa etmək barədə birgə çağırışını dəstəklədik. Bütün tərəflər öz öhdəliklərini yerinə yetirməlidirlər. Biz İranın təcavüzünə və onun dəstəklədiyi terror qruplarının hücumlarına qarşı İsrailin müdafiəsinə dəstəyimizi ifadə etdik. Biz İranı İsrailə qarşı davam edən hərbi hücum hədələrindən əl çəkməyə çağırdıq və belə bir hücumun ciddi regional təhlükəsizlik nəticələrini müzakirə etdik”, - bəyanatda bildirilib.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi