Bir neçə gün əvvəl İrəvanın Zvartnots hava limanında faciəli hadisə baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilib ki, Dövlət Gəlirləri Komitəsinin Gömrük Xidmətinin əməkdaşları Braziliyadan Ermənistana uçan sərnişinin əlində şüşəni görüb və orada nə olduğunu soruşublar. Braziliyalı “Şərab” deyə cavab verdikdən sonra şüşənin içindəkiləri yoxlamaq əvəzinə, erməni gömrükçülər braziliyalını butulkadakını içməyə məcbur edib. Sərnişin tələbi yerinə yetirəndən sonra halı qəfil pisləşib və bir neçə dəqiqədən sonra ölüb.
Məlum olub ki, butulkada narkotik maddə olub.
Ermənistan DİN faktı təsdiqləyib və Cinayət Məcəlləsinin “qətl” maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlandığını bildirib.
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək