Kurska hücum Putin rejiminin fəlakətə doğru irəliləməsinin ilk addımı idi.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Oreşkin deyib.
“Putin rejiminin ideologiyası budur: “O, bizi qoruyan yeganə şəxsdir”. İndi aydın olur ki, o, yalnız özünü və siyasi ambisiyalarını qoruyur. Bu fikir artıq Rusiyanın ictimai fikrində özünə yer etməyə başlayır. Hətta hökumətin blogerləri belə soruşurlar ki, KTMT qoşunları haradadır?
İnsanları öyrədirdilər ki, biz İkinci Dünya müharibəsində qalib gəlmişik və indi də qalib gələcəyik. Əslində isə belə deyil. Ona görə ki, müharibədə biz yox, antihitler koalisiyası qalib gəlmişdi. Ora isə ABŞ da daxil olmaqla 20 ölkə üzv idi. İndi isə qalib gəlmək alınmayanda ictimai fikir günahkar axtarır”, - o bildirib.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Oreşkinin sözlərinə görə, Rusiya dövləti fəlakətlə üz-üzə qala bilər:
“Bütün sərkərdələr görürlər ki, çeçenlər döyüşmürlər. Onlar əsgərləri geridə qoyub qaçırlar. Niyə? Çünki Ramzan Kadırov onları Putindən sonrakı vətəndaş müharibəsində iştirak üçün qoruyur. Bu, Rusiyanın ərazisinin bölünməyə başlamasının göstəricisidir. Putin nə vaxtsa yox olacaq, bu uşaqlar isə qalıb döyüşəcəklər ki, kimin başçı olduğunu aydınlaşdırsınlar. Situasiya 1915-1916-cı illərə yaxındır”.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi