Sosial şəbəkələrdə Laçından xoşagəlməz görüntülər yayılıb.
Həmin görüntülərdə istirahət edən insanların yeyib-içdikdən sonra ərazini zibilliyə çevirdikləri görünür. Belə ki, Laçına gedən vətəndaşlar plastik qabları, yemək qırıntılarını və s. ətrafa səpələyiblər. Bir sözlə, özlərindən sonra hər yerdə “iz buraxıblar”. Bu, ictimaiyyətdə ciddi narazılıqlar yaradıb. Mövzu ilə bağlı Globalinfo.az-a danışan şair İlham Qəhrəman həmin görüntülərdən məlumatı olduğunu bildirib. O deyib ki, aidiyyəti qurumlar bununla bağlı tədbirlər görməlidirlər:
“Müəyyən yerlərdə zibil qutuları yerləşdirilməli və hər tərəfə maarifləndirici plakatlar asılmalıdır. Bəlkə, bundan sonra insanlar nəsə öyrənərlər. Həm də gərək adamda məsuliyyət hissi ola. Məsələn, zibilin varsa, yığ avtomobilinin yük hissəsinə, yol gedən zaman qutulara at. Bunu etməklə ətraf mühiti, təbiəti də qorumuş olarlar. Nəticədə də ortaya iyrənc görüntülər çıxmaz. Hər kəs öz zibilinə sahib çıxsa, daha yaxşı olar”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məişət tullantılarının yığılması ilə bağlı vaxtaşırı aksiyalar keçirir. Buna baxmayaraq isə yenə də ortaya xoşagəlməz görüntülər çıxır.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi