Çin Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir və öz ölkələrinin suverenliyini qətiyyətlə müdafiə edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Filippinə məxsus hərbi təyyarənin ölkənin hava məkanına qanunsuz daxil olmasını şərh edərkən Çin Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığı məlumat yayıb.
"Çin ordusu peşəkar və qanuni olaraq Filippin təyyarəsinə xəbərdarlıq edib və onu hava məkanından uzaqlaşdırmaq üçün hərəkətə keçib. Biz Filippin tərəfinə birbaşa bəyan edirik ki, o, pozuntuları və təxribatları dərhal dayandırmalı, təhrif və spekulyasiyalardan əl çəkməlidir”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Filippinin NC-212 təyyarəsi Cənubi Çin dənizindəki Huanqyan adalarının hava məkanına daxil olub.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi