Kommunikasiyaların açılmasını sonrakı illərdə də müzakirə etmək olar. Vaxt aparan mövzudur. Əvvəlcədən də sülh sazişində Zəngəzur dəhlizi məsələsi yox idi. Zəngəzur dəhlizi regionun inkişafı ilə bağlı məsələdir, bu, Orta Dəhlizin tərkib hissə kimi Azərbaycanla yanaşı, Ermənistanın da xeyrinədir. Onsuz da biz Bakı-Tiflis-Qars dəmir yolundan istifadə edirik. Sadəcə, qısa olduğuna görə Zəngəzur dəhlizi məsələsi üzərində dayanmışıq.
Bu sözləri BUTA.TV-a politoloq Elxan Şahinoğlu Ermənistan və Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh sazişindən kommunikasiyalarla bağlı bəndin çıxarılması haqda razılaşmanı şərh edərkən deyib.
Onun sözlərinə görə, bu addım həm də sülh sazişinin imzalanmasını sürətləndirmək məqsədi daşıyır:
“Sərhədlərlə bağlı məsələ də sülh sazişinin mətnində yoxdur. Bizim də mövqeyimiz belədir ki, bu da zaman apara bilər. Əsas tələbimiz Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddasının əks olunmasıdır. Sülhə əsas əngəl də budur. Ermənistan sülh sazişinin bağlanması üçün Konstitusiyasından ərazi iddiaları ilə bağlı maddələri çıxarmalıdır”.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Politoloq vurğulayıb ki, prosesin sürətlənməsi üçün qarşılıqlı addımlar atılır və bu il ən azı çərçivə sazişinin imzalanması mümkündür.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi