Bakıda hər gün fantastik qiymətə villalar satışa çıxarılır. Yay mövsümü ilə əlaqəli isə hazırda daha çox Bakıətrafı və dənizə yaxın ərazilərdə bağ evlərinə maraq daha böyükdür.
Bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar. Son günlər bu cür elanların sayı daha da artıb. Xüsusən də torpaq sahəsi daha geniş olan villaların qiyməti bahadır. Əsasən, şəhərdən bir qədər uzaq yerləşən bu villalar lüks və dəbdəbəli şəraiti ilə seçilir. BUTA.TV xəbər verir ki, bu dəfə 6 milyon 800 min manata satışa çıxarılan villa isə Şüvəlan qəsəbəsində yerləşir.
Sözügedən villanın 1400 kvadrat metr sahəsi var və 4 mərtəbən, 10 otaqdan ibarətdir.
Evin fantastik qiymətə satılmasının əsas səbəbi isə həyətyanı sahəsi və çimərliyə yaxın olması ilə əlaqələndirilir. Belə ki, həyətin 36 sot torpaq sahəsi var.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Satıcı qeyd edir ki, mülk dənizə çox yaxın məsafədə yerləşir. Villanın həyətində əlavə tikilisi də var. Bundan əlavə, evin 2 filtrli hovuzu, idman zalı, saunası var. Hovuzlardan biri qapalıdır, digəri isə həyətyanı sahədə yerləşir.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi