ABŞ hərbi təhlükə yarandığı halda Avropa ölkələrinin müdafiə qabiliyyətini təmin etməyə borclu deyil.
BUTA.TV xəbər verir ki, bunu Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Devid Vens deyib.
“Harris administrasiyasının “Putini dayandırmasaq, Almaniyaya girəcək” deməsinə gəlincə, birincisi, bu doğru deyil, ikincisi, bu, Almaniyanın müdafiə qabiliyyəti haqqında nə deyir? Bu, dünyanın dördüncü və ya beşinci ən böyük iqtisadiyyatıdır. Almanlar öz müdafiələrinə sərmayə qoymalıdır. ABŞ Almaniyanın və digər Avropa ölkələrinin təhlükəsizliyinin qoruyucusu kimi çıxış etməməlidir”, - o bildirib.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi