ABŞ prezidenti Cozef Bayden Yaxın Şərqdə İran və İsrail arasında vəziyyətin gərginləşməsi təhlükəsinə baxmayaraq, ictimaiyyət qarşısında heç bir çıxış planlaşdırmır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.
Belə ki, ABŞ dövlət başçısı sonuncu dəfə avqustun 5-də Ağ Evin yaxınlığında görünüb, o, jurnalistlərin yanından keçərək onların suallarına məhəl qoymayıb.
“Vitse-prezident Kamala Harrisin birinci yeri tutmasına imkan verdikdən sonra ictimaiyyət qarşısında çıxış etməmək prezident üçün yeni normaya çevrilib. Bu, İranın İsrailə mümkün hücumunu gözlədiyi bir vaxta təsadüf edir”, - məqalədə deyilir.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Nəşr bildirib ki, Ağ Ev jurnalistlərin “niyə bu anda prezidentin Yaxın Şərqdəki vəziyyətlə bağlı birbaşa müraciəti olmadığına dair” suallara konkret cavab vermir, bu mövzunun Bayden üçün prioritet olduğu deyilir və bir neçə yazılı məlumat paylaşılır.
Eyni zamanda Amerika rəsmiləri, o cümlədən ABŞ Dövlət katibi Entoni Blinken əmin edirlər ki, Vaşinqton regionda eskalasiya risklərini azaltmağa çalışır və həm İsrailə, həm də İrana siqnallar göndərir.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi