Paris-2024 Yay Olimpiya Oyunlarında Ermənistan güləşçisi Artur Aleksanyanın rəqibinə qarşı kobud davranışı müzakirələrə səbəb olub.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, A.Aleksanyan Yunan-Roma güləşi üzrə 97 kiloqram çəki dərəcəsində özbəkistanlı rəqibi Rüstəm Assakalovu 9:5 hesabı ilə məğlub edib.
Onun qələbə qazandıqdan sonra rəqibinə qarşı davranışı sosial şəbəkələrdə gündəm olub. Belə ki, Aleksanyan R.Assakalovun başını aşağı basaraq üstündən adlayıb və bu hərəkəti rəqibini alçaltması olaraq dəyərlərləndirilib.
Sosial şəbəkələrdə erməni güləşçinin sözügedən hərəkətinə görə turnirdən kənarlaşdırılması tələbi ilə bağlı paylaşımlar edilir.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Hətta bir neçə gün öncə Azərbaycanın cüdo üzrə olimpiya çempionu adını qazanan Hidayət Heydərovun rəqibi ilə davranışı – rəqibinin alnından öpməsi gündəmə gətirilib.
Azərbaycan və Ermənistan təmsilçilərinin hərəkətləri müqayisə olunub və H.Heydərovun davranışı yenidən təqdirlə qarşılanıb.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi