"Park Hill" memarlıq və tikinti şirkəti "Park Qarabağ" layihəsi çərçivəsində Ağdamda yeni binaların inşasına başlayıb.
BUTA.TV xəbər verir ki, şirkətin bununla bağlı sosial şəbəkələrdə yaydığı elanda mənzillərin 24-36 ay müddətində daxili kreditlə müştərilərə təklif olunduğu bildirilir.
Bakupost.az mənzillərin qiymətləriylə maraqlanıb. Şirkətdən bildirilib ki, mənzilin ümumi dəyərinin 30 faizini əvvəlcədən ödəməklə istənilən şəxs "Park Qarabağ"da mənzil sahibi ola bilər:
"Mənzillər faizsiz kreditlə təklif olunur. Bir kvadratmetrə görə qiymət 1500-1600 manat arasında dəyişir. İlkin ödəniş isə 30 faizdir. Mənzillər Ağdamın mərkəzində, Cümə məscidinə yaxın ərazidə tikilir. Binaların 2025-ci ilin sonunda təhvil veriləcəyi planlaşdırılır. Mənzillərin sahəsi 122 kvadratmetrdən başlayır”.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Qeyd edək ki, 122 kvadratmetrlik mənzillərin dəyəri kvadratmetri 1500 manatdan hesablandıqda 183 min manat, 1600 manatdan hesablandıqda isə 195 min 200 manat edir.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi