Fərqli və təcrübəli komandaya qarşı oynadıq.
BUTA.TV xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Bolqarıstanın “Ludaqorets” klubuna məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin aqressiv futbol sərgilədiyini bildirib: “Ludaqorets”in oyunçuları fərdi olaraq yüksək səviyyədədirlər. Üstün tərəfləri olan əks-hücumdan ikinci qolu vurdular. Mən bu komandanı ciddi qəbul edirəm. Biz də çalışdıq. Futbolçularım əllərindən gələni etdilər. Hələ heç nə bitməyib. İnanıram ki, səfərdə istənilən nəticəni qazana biləcəyik. Ruhdan düşmürük”.
Mütəxəssis hakimlərin idarəçiliyindən narazı qaldığını bildirib: “Epizodlara təkrar baxdıq. Təəssüf ki, bəzi epizodlarda düzgün qərarlar verilmədi”.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Q.Qurbanov qapıçı transfer etmək istədiklərini də deyib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də səfərdə keçiriləcək.
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı
- Sahil Babayev bu federasiyanın prezidenti seçildi
- "Son zəng"lə bağlı tələblər qoyuldu
- ADY sədri DYƏT-in iclasında iştirak etdi
- Balakişi Qasımovun səlahiyyət müddəti bitdi