Bərdədə xəstə uşaq nənəsi tərəfindən diləndirililir?

14:40 - 18 İyun 2022 - GÜNDƏM

 Bərdədə xəstə uşaq nənəsi tərəfindən diləndirililir?

Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda bazarda xəstə uşağın nənəsi tərəfindən diləndirilməsi iddialarına münasibət bildirib.

Buta.ws xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis baş leytenantı Aslan Qiyaslı Report-a bildirib ki, məsələ ilə bağlı nazirlik məlumatlıdır.

"Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır", - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Bərdə rayonunda bazarda xəstə uşağın nənəsi tərəfindən diləndirilməsi ilə bağlı məlumatlar yayılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol