Bir neçə gün öncə İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bru adlanan hissəsində Azərbaycan vətəndaşı 35 yaşlı Məhəmməd Xankişiyevin qətlə yetirilməsi haqda məlumat yayıldı. Onun yanlışlıq nəticəsində qətlə yetirildiyi bildirilib.
BUTA.TV xəbər verir ki, İsveçdə yaşayan azərbaycanlı fəal Kənan Rüstəmov Globalinfo.az-a açıqlamasında M.Xankişiyevin yanlışlıqla qətlə yetirildiyini təsdiq edib.
O, mərhumun nəşinin morqda olduğunu bildirib:
“İsveç polisinin verdiyi məlumata əsasən deyə bilərəm ki, hadisə iki qruplaşma (mafiya) arasında yaranan atışma nəticəsində baş verib. Belə ki, güllə yanlışlıqla Məhəmməd Xankişiyevə dəyib. Dünyasını dəyişən azərbaycanlının hər hansı bir qruplaşmaya aidiyyəti olmayıb. Sadəcə, adam yanlış saatda, yanlış ərazidən keçib”.
K.Rüstəmov mərhumun nəşinin Azərbaycana gətirilməsi məsələsinə də toxunub:
“İsveç qanunlarına görə, ölüm hadisəsi baş verən zaman mərhumun cənazəsi 10-14 gün morqda saxlanılır. Bundan sonra isə ailə istəsə öz ölkəsinə aparır, aparmasalar, elə İsveçdə dəfn olunur”.
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi