Yaponiya sakinləri 79 il əvvəl ABŞ-ın Xirosimaya atom bombası atması nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
BUTA.TV xəbər verir ki, məlumatı yerli media yayıb.
Bildirilir ki, faciənin ildönümü ilə bağlı əsas anım mərasimi Xirosimanın mərkəzindəki Sülh Memorial Parkında baş tutub. Yerli vaxtla saat 08:15-də - 1945-ci il avqustun 6-da bombanın partladığı an bütün ölkə üzrə bir dəqiqəlik sükut elan edilib.
Xirosima şəhərinin meri Kazumi Matsui sülh bəyannaməsini oxuyub və dünyanı nüvə silahından imtina etməyə çağırıb.
Qeyd edək ki, 1945-ci ilin avqustun 6-da ABŞ-ın “B-29” döyüş təyyarəsi Xirosima şəhərinin üzərinə 18 kiloton gücündə atom bombası atıb. Bomba partlayışı nəticəsində 140 mindən çox insan həlak olub, yüz minlərlə şəhər sakini yaralanıb. Naqasaki şəhərinə atom bombasının atılması nəticəsində isə 74 min sakin ölüb.
Faciəli partlayışlardan 6 gün sonra Yaponiya hökuməti qeyd-şərtsiz təslim olub və “Günəşin oğlu” adlandırılan Yaponiya İmperatoru Hirahito amerikalı general Duqlas Makartur ilə İkinci Dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən müqaviləni imzalayıb.
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi