Yaponiyada güclü qar 4 nəfərin həyatına son qoydu

22:52 - 14 Yanvar 2022 - GÜNDƏM

 Yaponiyada güclü qar 4 nəfərin həyatına son qoydu

Yaponiyanın şimalında yerləşən Hokkaydo adasına yağan güclü qar nəticəsində azı dörd nəfər həyatını itirib.

Buta.ws xəbər verir ki, həmin şəxslər qarın təmizlənməsi ilə bağlı işlər zamanı ölümcül xəsarət alaraq həyatlarını itiriblər.

Xatırladaq ki, son bir neçə gündə Hokkaydo adasına güclü qar yağıb. Nəticədə 60-dan çox aviareys təxirə salınıb. Qasırğa digər nəqliyyatın hərəkətində də problemlər yaratdığına görə, yüzlərlə sərnişin gecəni aeroportda keçirməli olub.

Sinoptiklərin bildirdiyinə görə, bu gün də Hokkaydo adasına güclü qar yağacağı gözlənilir. Artıq 30-dək aviareysin təxirə salındığı qeyd edilir.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol