Azərbaycanın müdafiə naziri Zakir Həsənov iş adamı Ruhiyyə Əliyevanın (Ruhi) rəhbərlik etdiyi "Liatris Holdinq"i təltif edib.
BUTA.TV xəbər verir ki bu barədə R.Əliyeva özü məlumat yayıb.
"Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 31 iyul 2024-cü il tarixli əmri ilə "Liatris Holding" Azərbaycanda mətbuat sahəsinin inkişaf etdirilməsində, Azərbaycan Ordusunun yüksək səviyyədə təbliğ olunmasında, şəxsi heyətin hərbi vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsində əldə edilmiş naliyyətlərə görə və Azərbaycan Milli Mətbuatının yaranmasının 149-cu ildönümü münasibətilə Fəxri Fərmanla təltif olunub. Holdinqimizin fəaliyyətinə yüksək qiymət verdiyinə görə cənab nazir Zakir Həsənova şəxsən öz adımdan və kollektivimizin adından dərin minnətdarlığımı bildirirəm. Qürur mənbəyimiz olan Azərbaycan Ordusu ilə fəxr edirik", - o bildirib.
Qeyd edək ki, Ruhiyyə Əliyeva uzun müddət müğənni olaraq fəaliyyət göstərib. O, fəaliyyəti dövründə Ruhi adı ilə məşhurlaşıb. Hazırda isə sənətdən uzaqlaşıb və iş adamı olaraq "Liatris Holdinq"ə rəhbərlik edir.
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video
- Ağdama daha 110 ailə yola salındı
- Bu ərazilərdə işıq olmayacaq
- MTK vətəndaşların evini sökdü, kompensasiya da vermir - Video
- Xüsusi əməliyyatla Bakıya gətirilən şəxslər həbs edildi
- Bakıda 30 il öncə törədilən qətlin təfərrüatları... - Video
- Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı