Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımının şahidi olmuş Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, əklil mərhumun məzarı önünə qoyulub.
Qeyd edək ki, Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva dünən uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırımı zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. D.Ağayeva əsirlikdən sonra “Erməni zindanında səkkiz gün” kitabını yazıb.
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video