Zelenski: Əliyevin Kiyevə səfəri böyük rəmzi xarakter daşıyır

21:14 - 14 Yanvar 2022 - GÜNDƏM

 Zelenski: Əliyevin Kiyevə səfəri böyük rəmzi xarakter daşıyır

Bu gün biz siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində fikir mübadiləsi apardıq. Ukrayna və Azərbaycan prezidentləri Bəyanat imzaladılar. Bunun sayəsində suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz arasında dəstək verəcəyik, bizim beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması üçün çalışacağıq.

Buta.ws xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski mətbuata bəyanatında bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə səfərini böyük rəmzi xarakter daşıyan xüsusi bir səfər adlandıran Ukraynanın dövlət başçısı deyib: “O cümlədən biz təhlükəsizlik məsələləri - Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacağıq, terrorçuluğa qarşı birgə mübarizə aparacağıq, bütün çətinlikləri birgə nəzərdən keçirərək istər regional, istər qlobal çətinlikləri birgə araşdıraraq cavab həllərini hazırlayacağıq”.

Ukrayna Prezidenti qeyd edib ki, kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrinə aid olan ikitərəfli 6 sənəd imzalandı: “Bunlar çox vacibdir. Qarşımızda planlarımız çoxdur və bu gün biz cənab Azərbaycan Prezidenti ilə geniş müzakirə apardıq. Bizim məhz qida təhlükəsizliyi sahəsində razılaşmamız, o cümlədən ticarət sahəsində aparılan müzakirələr geniş imkanlar yaradır”.


Loading...x

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol