2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.
BUTA.TV xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.
"Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək", - deyə məlumatda qeyd edilib.
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video