Türkiyə Xarici İşlər Nazirliyi Yaxın Şərqdə baş verən son hadisələr və artan təhlükəsizlik böhranı ilə əlaqədar olaraq Livandakı Türkiyə vətəndaşlarını ən qısa zamanda bu ölkəni tərk etməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunub.
“Vətəndaşlarımıza Livana səyahət etməkdən çəkinmələri, diqqətli olmaları və Nabatiyah, Cənubi Livan, Bekaa və Baalbek-Germel əyalətlərinə getməmələri tövsiyə olunur. Livanda qalması vacib olmayanlar üçün isə kommersiya uçuşları həyata keçirilərkən ölkəni tərk etməyə çağırırıq ”, - deyə məlumatda vurğulanıb.
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video