Teleaparıcı və bloger Regina Todorenko üçüncü övladını dünyaya gətirməyi planlaşdırdığını açıqlayıb.
O, müğənni Emin Ağalarovun DREAM Fest-də övladı dünyaya gələn hər bir cütlüyə "Sea Breeze" istirahət mərkəzində mənzil verəcəyi ilə bağlı vədindən sonra bu qərara gəlib. Cazibədar aparıcı zarafatla bu fürsətdən istifadə edəcəyini deyib.
“Gələn il üçün belə bir planımız var. Hamilə qalıram, doğuş edirəm və mənzili alıram", - deyə aparıcı bildirib.
Qeyd edək ki, Todorenko müğənni Vlad Topalovla evlidir. Onlar 2019-cu ilin iyulunda ailə qurublar. Cütlüyün toyu İtaliyanın Sorrento şəhərində baş tutub. 2018-ci ilin dekabrında onların ilk övladı Mixail dünyaya gəlib. 2022-ci ilin iyulunda aparıcı ikinci oğlu Miroslavı dünyaya gətirib. Ötən il Todorenko dörd yaşlı oğlu üçün mənzil aldığını açıqlamışdı.
- Bakının mərkəzi yolları bağlanır
- Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər
- Kəlbəcər və Laçına qar yağdı
- Son insidentlə bağlı bütün rəhbər heyət... - Metropoliten
- 8 vəzifəli şəxsi həbs edildi
- ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
- Ev yandı: 12 yaşlı oğlan öldü
- Bakıda torpaq uçqunu: ölən var - Video