Uzun müddət həbsdə deyil, özəl klinikalardan birində olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı qərarı müvafiq idarələr verməlidir.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
“Bilirsinizmi, Saakaşvili çoxdandır ki, həbsdə deyil, özəl klinikalardan birindədir. Hazırki situasiya belədir. Qalan qərarları isə müvafiq qurumlar verir”, - deyə o bildirib.
Baş nazir Saakaşvilinin həbsə qayıtmasının onun üçün maraqlı olmadığını söyləyib.
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı