İfrat sağçılar Böyük Britaniyanın Roterham şəhərində qanunsuz mühacirlərin müvəqqəti yaşadığı “Holiday Inn Express” otelini yandırmağa cəhd ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.
"İğtişaşlarda iştirak edən yüzlərlə insan otelin şüşələrini sındıraraq binanı mühasirəyə alan polis əməkdaşlarına şüşə, daş və stul atıb.
Bəzi fəallar otelin içərisinə girə biliblər. Bəzi hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin tibbi yardıma ehtiyac duyub",- məlumatda deyilir.
Qeyd olunur ki, Böyük Britaniyanın onlarla şəhərində böyük etirazlar bir neçə gündür ki, davam edir. İğtişaşlara səbəb iyulun 29-da 17 yaşlı yeniyetmə Aksel Rudakubanın rəqs dərsi zamanı azyaşlılara bıçaqla hücumu olub.
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı