Türkiyənin Qaziantep şəhərində fıstıq istehsalçıları etiraz aksiyası keçirib. Qiymətlərdən narazı olan istehsalçılar traktorlarla küçələrə çıxıblar.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, fermerlərə dəstək verən CHP-li millət vəkili Melih Meriçin başına inanılmaz hadisə gəlib.
Belə ki, o, çıxış edərkən muxtar olduğu bildirilən şəxs millət vəkilinə yaxınlaşaraq havaya atəş açıb.
Həmin şəxs atəş açan zaman "Heç kəsi danışmağa qoymayacağam" deyə qışqırıb.
Mühafizəçilər dərhal müdaxilə edib. Polis tapançadan atəş açan şəxsi saxlayıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
- Sabah Bakıya yağış yağacaq
- Prezident Samir Şərifova yeni vəzifə verdi
- İlham Əliyev daha bir sərəncam imzaladı
- Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
- Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
- Qaxda mindən çox abonentin qazı kəsildi
- Ağdaşın mərkəzi küçəsi qaranlığa bürünüb - Video
- Bakıda mağazadan 100 minlik qızıl oğurlandı